Gürcüstan Milli Bankına yeni prezident təyin olundu

Martın 17-də Gürcüstanın dövlət başçısı Milli Banka yeni prezident təyin edib. Novator.az xəbər verir ki, bu post Koba Qvenetadzeyə həvalə olunub.
Milli Bankın əvvəlki prezidenti Georgi Kadaqidzenin səlahiyyət müddəti fevralın 25-də bitib. O, Milli Banka 7 il rəhbərlik edib.
Koba Qvenetadze 2015-ci ilin noyabrından “Galt and Taggart” şirkətinin iqtisadi məsələlər üzrə müşaviri idi. Əvvəllər Beynəlxalq Valyuta Fondunun Orta Şərq və Mərkəzi Aşıya Departamentində böyük iqtisadçı vəzifəsində çalışıb, dövlət nazirinin müavini, maliyyə nazirinin müavini olub.