Günün qoroskopu: gəlir əldə edəcəksiniz

 
Qoç - ehtiyatlı olun. Risk etmək, cəsur ideyanı və ya planı reallaşdırmaq olar. Yaradıcılıq layihələri istisnadır. Belə məsələlər qeyri-standart yanaşma tələb edir. Çətin problemlərin öhdəsindən gələ biləcəksiniz.
 
Buğa - işdəki fikir ayrılıqları və çətinliklər əhvalınıza pis təsir edə bilər. Müşküllər münasibətlərə təsir etməməlidir. Diskusiyanı konstruktiv məcrada saxlayın, aqressiv olmayın.
 
Əkizlər - uğur qazana bilərsiniz. Məqsədə nail olmaq üçün situasiyanı aydınlaşdırın, işlərdə konkretliyə nail olun. Hiyləgər, fəndgir davranın. İşlərdə irəliləyişə nail olmaq üçün qətiyyətli çalışmaq gərəkdir.
 
Xərçəng - yaşam potensialınızın səviyyəsi yüksək olacaq. Enerji qıtlığından şikayətlənmək üçün heç bir səbəb yoxdur. Ağır problemlərin həlli üçün təmkinli davranın.
 
Şir - yaşlı qohumlarınızın qeydlərinə, iradlarına və məsləhətlərinə qulaq asın. Axşam saatlarında normal istirahət edin.
 
Qız - peşəkar fəaliyyət baxımından çətin gündür. Bütün diqqəti işə yönəldin. Fəaliyyətiniz üçün gərəkli vaxtda başqa işlərlə məşğul olmayın. İstirahət və əyləncə ilə bağlı fikirləri təxirə salın. Astagəl, ləng olmayın.
 
Tərəzi - həssas, sayıq olun. Əks təqdirdə tərəfdaş və ya dostlarla münasibətlər sərinləşə bilər. Maliyyə fonu pis deyil. Axşam saatlarında sərfəli alış-veriş edə bilərsiniz. Xərclər az, aldığınız əşyalar zəruri olmalıdır.
 
Əqrəb - şəxsi münasibətlərdə problemlərin yaranmaması üçün səbrli davaranın. Sevdiyiniz insanı tələsdirməyin, acılamayın. Qarşılıqlı anlaşmaya nail olmağa can atın.
 
Oxatan - peşəkar fəaliyyət müstəvisində durum o qədər də yaxşı deyil. Bilik və bacarıqlarınızı nümayiş etdirə bilərsiniz. Tapşırıqları vaxtında yerinə yetirin, sifarişləri unutmayın. Belədə maaşınızın artımına, vəzifənizin artımına təkan verə bilərsiniz.
 
Oğlaq - şəxsi münasibətlərdə dəyişikliklər ola bilər. Əks cins mənsubları arasında populyarlığınız arta bilər. Sevdiyiniz insanla təmaslarda qayğıkeş və səmimi olun. Başınızı itirməyin, səbrli olun. Ünsiyyətdə harmoniyaya nail olun.
 
Dolça - aktiv və enerjili olun. Qarşınızdakı maneələri dəf etmək üçün etibarına şübhələnmədiyiniz insanların yardımlarından bəhrələnə bilərsiniz. Çoxdan bəri həllini tələb edən məsələnin nizamlanmasında diqqətli davranın.
 
Balıqlar - gəlir əldə edəcəksiniz. Əla ideyalar var. Onların bəzilərini reallaşdırsanız, yaxşı pula yiyələnəcəksiniz. Şəxsi münasibətlərdə əhəmiyyətli dəyişikliklər istisna deyil.