İşə günortadan sonra gələn nazir - təfsilat

Şahin Mustafayevin idarə etdiyi iqtisadiyyatın bu vəziyyətdə olması normaldır
Azərbaycanın iqtisadi durumunun yaxşı olması barədə rəsmi qurumların verdiyi açıqlamalar hər nə qədər diqqəti çəksə də, reallış tamam başqadır və bunu gizlətmək isə artıq mümkün deyil.
Politika.Az xəbər verir ki, ölkə iqtisadiyyatının idarəetməsi məsuliyyətini üzərinə götürmüş Şahin Mustafayevin atdığı addımlar isə yetərli olmamaqla bərabər, həm də heç bir işə yaramır. Bahalıq, istehsal sahələrinin kütləvi şəkildə bağlanması, sahibkarlara lazımi dəstəyin verilməməsi və sairə hallar İqtisadiyyat Nazirliyinin yerində olmadığını da göstərir. Yəni, Şahin Mustafayev işi o həddə çatdırıb ki, növbəti bir devalivasiya iqtisadi sahələrin daha da çökməsini şərtləndirəcək.
Amma Mustafayevin idarə etdiyi iqtisadiyyatın bundan artıq olmayacağını düşünmək üçün kifayət qədər əsaslar var. Politika.Az-a verilən məlumata görə, ölkənin iqtisadiyyat naziri adətən günorta saatlarında işə çıxır. Onun həmin müddətə qədər yatdığı və günorta saatlarında yerindən duraraq, işə gəldiyi deyilir. Mənbələrin iddiasına görə, Şahin Mustafayevin günortaya qədər niyə yatdığı barədə məlumatlı olmadığını bildirib. Bunu onun səhhəti ilə bağlı olmadığı da vurğulanır.
Maraqlıdır, əgər ölkənin iqtisadiyyat naziri günortaya qədər yatırsa, onun idarə etdiyi iqtisadiyyat hansı həddə olmalıydı ki?