Günel Rza Zərrabdan danışdı: “Çılpaq fotolara görə…”

 
Türkiyədə fəaliyyət göstərən Günel Zeynalova ona pislik edənlərdən danışıb.
 
Teleqraf.com xəbər verir ki, müğənni “Xəzər maqazin”ə açıqlamasında keçmiş sevgilisi Rza Zərrab və Ebru Gündəşdən danışıb: “Qəlbimi qıranlar vecimə deyil. Sonunda xoşbəxtəm. Artıq mənə heç nə edə bilmirlər. Səsimlə hər kəsi döyərəm. Allahıma şükürlər olsun ki, səsimlə sözümü deyirəm. Başqaları kimi çılpaq fotolarıma görə gündəmdə deyiləm”.
 
Günel Zeynalova nişanlanmasını yaxşı qarşılamayanlara da ismarış göndərib: “Bir anda nişanlanmağa qərar verdik. Bir çoxu qınadı ki, niyə məhərrəmlikdə nişan edirsiniz? Hər kəs öz istəyi ilə baxır”.
 
Günel Zeynalova iş adamı Rza Zərrabla 8 il sevgili olub və Ebru Gündəşə görə ifaçıdan ayrılıb.