​«Gündəlik Bakı»nın baş redaktoru Habil Vəliyevin həbsinin şok görüntüləri - Video

 
Habil Vəliyevin həbsinin şok görüntüləri «Gündəlik Bakı» qəzetinin baş redaktoru Habil Vəliyev iş yerində həbs edilib
 
Rəsmi məlumata görə, bu həbs bir neçə gün əvvəl Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan “Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyevin vətəndaşlara qarşı çoxsaylı cinayət əməlləri ilə eyni motiv təşkil edir.
 
Belə ki, DTX tərəfindən aparılan araşdırmaların nəticələri üzrə hədə-qorxu ilə tələb etmə, əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxslər tərəfindən gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etməklə belə tədbirlərin keçirilməsi faktları üzrə cinayət işi başlanılmış, “Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev və onun tapşırıqları əsasında fəaliyyət göstərən digər şəxslər müvafiq cinayətləri törətməkdə şübhəli şəxs qismində cinayət məsuliyyətinə cəlb ediliblər.
 
Cinayət məsuliyyətinə cəlb edilən Surxay Əliyev və digərləri zərərçəkmiş şəxslərə qarşı çoxsaylı cinayət əməlləri barədə ətraflı məlumatlar verib, onların hazırladıqları şantaj xarakterli materiallar, eləcə də ayrı-ayrı vətəndaşların intim münasibətlərinə dair gizli aparılmış videoçəkilişlər müəyyən edilib.
 
Adının çəkilməsini istəməyən mənbənin bildirdiyinə görə, həbslə bağlı xüsusi əməliyyat bu gün – dekabrın 6-da, saat 20:00 radələrində «Gündəlik Bakı» qəzetinin «Azərbaycan» nəşriyyatında yerləşən redaksiyasında həyata keçirilib.
 
Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində, «Gündəlik Bakı» qəzetinin baş redaktoru Habil Vəliyev və redaksiyanın digər əməkdaşları həbs edilib. Həbslər davam edir… Dünən isə “Cəmiyyət” qəzetinin bu dəstə ilə əlaqəli hesab edilən baş redaktoru Asəf Novruzov da tutuldu…

Загрузка...
Загрузка...