Günay Musayeva: “Oğlum atasını tanımadı”

Günay Musayeva həbs olunan iş adamı Rza Zərrab haqda danışmaq istəməyib.
Türkiyədə fəaliyyət göstərən model Günay Musayeva “Kanal D”-də yayımlanan “Renkli sayfalar” proqramının qonağı olub.
Turaninfo.az Musavat.com-a istinadən  xəbər verir ki, Günay Musayeva aktyor Tolqa Karellə boşanmasının onların oğlu Cihangir Cana göstərdiyi mənfi təsirdən danışıb: “Heç kim boşanmaq üçün evlənmir, hər ailədə problem olur. Tolqa ata olmağın məsuliyyətini başa düşmədi. Bütün atalar uşaqlarına qarşı diqqətli deyil, yük ananın üzərinə düşür. Ailəmizdə şiddət var idi. Döyülməmişəm, mənəvi şiddətə məruz qalmışam. Ən çətini də budur.  Mənim üçün uşağım və karyeram önəmlidir. Karyeram uşağımı dolandırmaq üçün vacibdir. Tolqa iki ildir ki, oğlunu görmür. Bu müddət ərzində bir dəfə gəlib, Cihangirlə foto çəkdirib, getdi. Cihangir onu tanımadı. Mən çox istəyirəm ki, övladım atası ilə vaxt keçirtsin. Bütün bunlar oğluma pis təsir edir. Üzünüz hər zaman gülsə də, uşaqlar hər şeyi başa düşürlər. Mənim xoşbəxt olmamağım ona da təsir göstərir. İki ildir ki, gec danışdığı üçün həftədə 5 dəfə pedaqoq yanına göndərirəm. Hər seans üçün 500 lirə ödəyirəm”.
G.Musayeva keçmiş həyat yoldaşının evlənməyə hazırlaşmasından da bəhs edib: “Tolqanın evlənməyə qərar verməsi mənə pis təsir etmədi. Onunla nişanlısının fotolarını mənə göndərirlər. Normal qarşılayıram. İnşallah xoşbəxt olarlar. Amma uşaq üçün tələsməsinlər”.
Günay Musayeva aparıcının həbs olunan iş adamı Rza Zərrab haqda verdiyi sualı isə cavabsız qoyub.