Günay Musayeva Bakıda moda gecəsinə qatıldı – Foto

Bakıda məşhur geyim markası “Hadije”-nin moda gecəsi keçirilib.
 
Musavat.com xəbər verir ki, dəfilədə eyni zamanda  Ləman Süleymanovanın və ilk dəfə müğənni Zamiq Hüseynovun modelləri də podiuma çıxıb.  "ZH" kişi geyimləri mağazasının sahibi olan Zamiq Hüseynovun hazırladığı geyimlər sərgilənib. 
 
Bakının qonağı olan Günay Musayeva  dəfilə haqda fikirlərini bölüşüb: “Ötən il “Hadije” markasının  nümayişində podiuma çıxmışdım. Bəyəndiyim  modelyerlərin, markaların  dəfilələrini izləyirəm. Bu dəfə də məni dəvət etdilər, sevə-sevə gəldim. Bir model olaraq çox istəyirəm ki, Azərbaycanda da moda sahəsi  yüksək səviyyədə inkişaf etsin”.
 
Mərasimə Türkiydə fəaliyyət göstərən  Günay Musayeva ilə yanaşı, modelyer Fəxriyyə Xələfova, müğənni Natavan Həbibi, Zamiq Hüseynov, aparıcılar Nəsib Nur, Afaq Gəncəli, Kamilə Babayeva  qatılıb.