Günay İbrahimli cəsarətli səhnələri ilə diqqət çəkdi (VİDEO)

Tanınmış müğənni Günay İbrahimlinin də yer aldığı “Sadece Sev” filminin reklam çarxı yayımlanıb.
Turaninfo.az BAKU.WS-ə istinadən  məlumat verir ki, filmdə müğənni ilə yanaşı aktyorlar Cövdət Şükürov və Elşən Rüstəmov da rol alıb. Ekran işinin qurluşçu rejissoru Sain Qəhrəman, ssenari müəllifi Elçin Muradovdur.
Triller janrında çəkilən film aprel ayında kinoteatrlarda nümayiş olunacaq. Filmdə Günay İbrahimlinin cəsarətli səhnələri diqqət çəkib.