Güləşdə görünməmiş olay: tapançanı çıxarıb... (VİDEO)

Yeniyetmələr arasında keçirilən Rusiya çempionatında qalmaqal baş verib.
Turaninfo.az-ın Rusiya mətbuatına istinadən yaydığı xəbərə görə, məğlubiyyəti həzm edə bilməyən çeçen idmançı qarşılaşma bitən kimi gözlənilmədən rəqibinin üzərinə hücum edib. Bundan sonra onun Çeçenistan komandasının tərkibinə daxil olan şəxslər meydana daxil olub.
Bu zaman onlardan biri tapança çıxararaq hədə-qorxu gəlməyə başlayıb. Lakin sonradan aranı sakitləşdirmək mümkün olub və kimsə silahla xəsarət yetirilməyib.