​“Güləni yəhudi məzarlığında basdıracaqlar” - Türkiyə rəsmisi

 
 “Hazırda onu kimin əvəzləyəcəyi uğrunda didişmə gedir...”
 
“Gülən ABŞ-da gəbərəcək və onu yəhudi məzarlığında basdıracaqlar”. 
 
 
Turaninfo.az Moderator.az-a istinadən xəbər  xəbər verir ki, bu xəbər Türkiyənin “Hurriyet” qəzetində dərc olunub. Türkiyə prezidenti R.T. Ərdoğanın əsas siyasi düşmənlərindən biri olan Fətullah Gülən barədə belə bir öncəgörmə ilə ölkənin meşə təsərrüfatı və su ehtiyatları naziri Veysəl Eroğlu çıxış edib. Bu günlərdə Türkiyə Böyük Millət Məclisindəki çıxışında nazir belə deyib: “...”FETÖ” üçün artıq bir şey qalmayıb. ABŞ da onunla vidalaşıb. Son nəticədə Gülən Birləşmiş Ştatlarda gəbərəcək və onu yəhudi məzarlığında dəfn edəcəklər. Görünür, hazırda onu kimin əvəzləyəcəyi uğrunda didişmə gedir. Ancaq onlara bir daha ayağa qalxmaq müəssər olmayacaq...”

Загрузка...
Загрузка...