“Gülənçi general”ın var-dövləti göz qamaşdırdı

 
Türkiyədə 15 iyun hərbi qiyam cəhdinin təşkilatçılarından biri, Türkiyə Silahlı Qüvvələrinin kadrlar şöbəsinin rəisi general İlhan Talunun var-dövlətinin siyahısı açıqlanıb.
 
Teleqraf.com xəbər verir ki,  təkcə Ankarada İlhan Talunun adına 17 mərtəbəli on, 18 mərtəbəli üç, 25 mərtəbəli beş yaşayış binaları və ofislər olub.
 
Mülklərin hamısı 4 avqust 2015-ci ildən sonra İlhan Talunun adına rəsmiləşdirilib.
 
Bundan başqa generalın adına müxtəlif bank hesablarında külli miqdarda vəsaitin olduğu açıqlanıb. Amma vəsaitin miqdarı göstərilməyib.