​Gülnarə Kərimovanın pulları əlindən alınır: 850 milyon dollar xalqa qaytarılacaq

 
 
Qərbdəki özbəkistanlı mühacirlər mərhum prezident İslam Kərimovun qızı  Gülnarə Kərimovanın adına olan gizli vəsaitləri xalqa  qaytarmaq istəyir.
 
Bu açıqlamanı Özbəkistan-Almaniya Forumunun rəhbəri Ümidə Nityazova verib. O, dondurulmuş pulların Özbəkistana qaytarılması üçün ABŞ-da petisiya başlanıldığını deyib.
 
Cebhe.info-nun məlumatına görə, ABŞ Federal Məhkəməsinin qərarı ilə bu ölkənin  banklarında  Gülnarə Kərimovaya məxsus 850 milyon dollar vəsait dondurulub. Həmin xəbəri sabiq siyasi məhbus Sancar Umarov da “The Wasington Post”da dərc olunan məqaləsində təsdiq edib. O bildirib ki, Özbəkistanda insan hüquqlarının vəziyyəti həmin vəsaitin ölkəyə qaytarılmasını tələb edir.

Загрузка...
Загрузка...