​Gülnarə Kərimova öldürüldü? - Şok iddia - FOTO

 
 
Özbəkistanın sabiq prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovanın öldürülməsi barədə xəbər yayılıb.
 
Missiya.az xəbər verir ki, bu barədə Özbəkistanın Milli Təhlükəsizlik Xidmətindəki anonim mənbə danışıb.
 
Mənbənin sözlərinə görə, noyabrın 5-də Kərimova Daşkənddə yerləşən "Minor" qəbiristanlığında dəfn edilib.
 
Verilən məlumata görə, Gülnara Kərimova zəhərlənərək öldürülüb.
 
Qeyd edək ki, Gülnarə Kərimovanın atası İslam Kərimovla münasibələri həmişə gərgin olub. İslam Kərimov qızını ev dustaqlığında saxlayırdı.