Gülən və ABŞ pisdir - Jirinovski

 
Fətullah Gülən və ABŞ - bunlar pis şeylərdir.
 
Axar.az xəbər verir ki, bunu Rusiyanın Liberal Demokrat Partiyasının (RLDP) sədri Vladimir Jirinovski deyib.
 
Partiya sədri qeyd edib ki, rus-türk münasibətləri hər zaman müsbət istiqamətdə irəliləyəcək:
 
“Ümid edirəm Türkiyədə daha çox insan rusca, Rusiyada isə türkcə öyrənəcəklər. Türkiyədə baş verən hərbi çevriliş cəhdini qətiyyətlə pisləyirəm. Bu ölkədə artıq çevriliş olmamalıdır. Səhv etmirəmsə, bu, 5-ci idi. Türkiyədə bu gün demokratiya, çoxpartiyalı sistem və güclü liderlər var. Lazım olarsa, Rusiya kəşfiyyatı bu kimi təxribatlarla bağlı öncədən məlumat verə bilər. Rusiya 15 iyul gecəsi Türkiyə rəsmiləri ilə həmrəylik göstərdi. Xaricdən Türkiyənin daxili işlərinə müdaxilə edilməsi qəbuledilməzdir”.