Gülən təriqətinin "SOCAR-Türkiyə”də "qaranlıq adamı" - İlqar Mehmetoğlu

Gülən təriqətinin "SOCAR-Türkiyə”də "qaranlıq adamı" - İlqar MehmetoğluGülən təriqətinin "SOCAR-Türkiyə”də vacib adamı: Insan qaynaqları departamentinin rəhbəri...
2-ci yazı
Gülən təriqətinin "SOCAR-Türkiyə”də "qaranlıq adamı" - İlqar Mehmetoğlu
Zaur Qəhrəmanov -"SOCAR Turkey Energy”nin baş direktoru

Zaur Qəhrəmanov
Z.Qəhrəmanov bu vəzifədə tutduğu postdan azad edilən"SOCAR Turkey Energy”nin baş icraçı direktoru(CEO) Kənan Yavuzu əvəz etdi. 8 ildən artıq müddətdə SOCAR-da çox önəmli vəzifələr icra edən Z.Qəhrəmanovun yeni baş direktor vəzifəsinə təyinatı da olan böyük etimadın təzahüri idi. Həm də "SOCAR Turkey Energy” şirkətinin uğurlarına və iki qardaş ölkənin enerji sektorundakı əlavə dəyər qatacağı da yeni direktorun bacarıq və səviyyəsindən doğan etimad nümunəsi kimi də anlaşıla bilər.

Kənan Yavuz
Hər halda bu Gülənçilərin təməl strategiyaların birinin-enerji sektorunda "Paralel Yapı” hakimiyyətini təsis etmək ideyalarının qarşısının alınmasında da önəmli addımdır. Biz də bəzilərinin, xusüsən də gülənçilərin söylədiyi kimi, bu və ya bu kimi yazılarla dünya miqyasında kifayət qədər məşhur olan SOCAR-imicini aşağılamaq fikrində olmamışıq. Əksinə, daha böyük sərmayələri ilə müstəqil dövlətimizin adını ucaldan bir şirkətin uğurlarına əngəl törətməyə çalışan, dövlət sərmayələrinin gəlir və maddi qazanclarından şəxsi və qərəzli məqsədləri üçün istifadə edən, həttaTürkiyə-Azərbaycan münasibətlərinin təməl prinsiplərini dağıtmağa çalışan İlqar Mehmetoğlu kimilərinin zərərli və neqativ əməllərini ortaya qoymaq arzusundayıq. Bu baxımdan Zaur Qəhrəmanov kimi gənc, amma kifayət qədər təcrübəli və təşəbbüskar bir kadrın təyinatından bəlkə də ən çox sevinənlərdən olduq.
Layihələrində özlərinə yer edən fətullahçılar
Amma SOCAR-ın Türkiyədəki törəmə şirkətində və layihələrində özlərinə yer edən fətullahçılar arasında "SOCAR Power”in ortağı Enver Taner Baltacı,"Petkim”in baş direktoru Sadettin Korkut, "SOCAR Gaz”ın baş direktoru Abdullah Nezihi Erdem, SOCAR İT direktoru Fuad Uludağ , Satınalmalar üzrə direktor Çetin Korkutun, ən əsası da şirkətin İnsan qaynaqları departamentinin rəhbəri İlqar Mehmetoğlunun fəaliyyətini davam etdirməsi yeni direktorun fəaliyyətində ciddi çətinliklər olacağını da ortaya qoyur. Kim qarant verə bilər ki, İlqar Mehmetoğlu şirkətdə AKP tərəfdarlarını müəyyənləşdirilməsi və onların işdən uzaqlaşdırılması işlərinə son qoyacaq? Nurçu olmayan gənclər də bu sıraya qatılmayacaqmı? Gülənçi olmayanların paralel yapının layihələrinə dəstək verməyənlərin təqib və qaralamaları dayandırılacaqmı? İşçilər iş əmsalına və təşəbbüskarlarına görə "təriqətin üzvüdür, ya yox” kimi suallara uyğunluqlarına görə dəyərləndirilməsinə son qoyulacaqmı? Şubhəsiz ki, daha ciddi taktiki gedişlərlə bu kimi əməllərin həyata keçirilməsi gündəmdən hələlik silinməyib, daha doğrusu İlqar Mehmetoğlunun gündəmindən silinməyib...
İlqar Mehmetoğlu kimə və hansı "kompromat"larına güvənir?
Miq.az-a daxil olan qeyri-rəsmi informasiyalara görə 1-ci yazıdan sonra İlqar Mehmetoğlu özünü o yerə qoymasa da, xeyli gərginlik yaşayıb. Hətta ətafındakılara söylədiyi məşhur atalar sözü,”... hürər, karvan keçər” misalının da bu gərginlikdən qaynaqlandığına şübhə etmirik. Amma adamın arxayın və güvəncli bir şəkildə dediyi ”onsuz da yuxarılar məni hansı faktlar olur-olsun ata bilməzlər” deyimində hansı hədənin dayandığını isə anlamaq çətin olmadığı qədər asan da deyil! Ola bilsin o, hansısa sirləri, daha doğrusu, hansısa qlobal "maxinasiyaları” bildiyi üçün belə danışır, hətta yuxarılara ciddi bir ultimatım da mesaj etməkdən cəkinmir.
Miq.az-ın bəzi araşdırmalarının hələ yekunlaşmayan nəticələrinə görə, İlqar Mehmetoğlu bir sıra SOCAR yetkililərinin Türkiyənin İstanbul, İzmir, Bodrum və Kuşadası kimi müxtəlif bölgələrində villa, əmlak sahibi edilməsində geniş xidmətləri olub. Bu işlərin kimin tapşırığı və şirkətin hansı maliyyə dəstəkləri ilə həyata keçirildiyi nə bu gün, nə də ən yaxın gələcəkdə əhəmiyyətini itirməyən dosyelərdir. Ola bilsin İlqar abini danışdıran da mükəmməl bildiyi və icraçısı olduğu bu faktlardır.Əgər belə düşünürsə, səhv edir, ”ağaları” onun bu hədəsindən qorxa bilərmi?!
Bizdən deyilsənsə, demək bizə düşmənsən!
Bu gün isə İlqar Mehmetoğlu üçün ən yaxın proqramı yeni baş direktorun etimadını qazanmaqdadır. Bunun üçün də ən yaxın və uzaq ətrafdakıların imkanlarından, eləcə də müxtəlif vasitələrdən maksimum istifadəyə çalışılır. Ən önəmlisi də vaxtı ilə həyata keçirə bilmədiyi bəzi dırnaqarası layihələri bir az da zənginləşdirilmiş bir şəkildə yeni rəhbərliyə təqdim etməkdir. Bu sırada "Petkim”in baş direktor müavini Natiq Dəmirov haqqında olan donoslar ilkin yerdədir. Məlumatlara görə Natiq Dəmirov "Petkim”də çalışan gülənçilərə lazım dəstəyin verilməməsində, onların işlərinin kordinasiyasında, tədbirlərin təşkilində lazımı fəallıq göstərməməsi Gülənçilərin etimadını doğrultmamaq kimi dəyərləndirilməkdədir, yəni bizdən deyilsənsə, demək bizə düşmənsən!
 
Samir Kərimli – "SOCAR Turkey Energy”nin icraçı direktorunun birinci müavini...
Məlumatlara görə Natiq Dəmirov haqqında belə motivli bir təqdimat vaxtı ilə icraçı direktor olan Kənan Yavuza, bir qədər sonra da onun birinci müavini Samir Kərimliyə təqdim olunub, amma hər iki vəzifəli şəxsi Natiq Dəmirovu kifayət qədər işgüzar, prinsipial, adamlarla münasibətində demokratik bir gənc rəhbər olduğunu bildiklərindən və yaxından tanıdıqlarından bu barədə heç bir müzakirə aparılmadan qapadılmışdır.Yeni baş direktor Zaur Qəhrəmanovun təyinatı isə bu məsələni də yenidən gündəmə gətirmiş, hətta "Petkim”in kadrlar idarəsinə, şəxsən Rakif Fəracova bu dosyeni zənginləşdirilməsində qeyri-fəallığına görə ciddi iradlar edilmişdir. Dosyeni yeni faktlarla doldurulması üçün İlqar abi şirkətə işçidən çox tərəfdaş-"kəşfiyyatçı” kimi yerləşdirdiyi kadrların potensialından istifadəni hədəfləmək niyyətindədir. Amma bəzi məlumatlara görə yeni rəhbərlik də Natiq Dəmirov haqqında kifayət qədər müsbət xarakterli bilgilərə malilkdir və İlqar Mehmetoğlunun növbəti çabalarının da tənəzzülə uğrayacağı indidən bəllidir. Hətta ola bilsin İlqar Mehmetoğlu bu yazını oxuyandan sonra fikrindən bir qədər daşınsın da...
"Camaatdan” olmayanların işə qəbulunun əngəllənməsi
Bundan əvvəlki yazımızda da qeyd etmişdik ki, şirkətdə qabiliyyət və bacarığından asılı olmayaraq "camaatdan” olmayanların işə qəbulunun əngəllənməsibu gün də heç bir qanuna və tələblərə uyğun olmayaraq qalmaqda və uğurla genişlənməkdədir.Son bir ildə bir nəfər belə nurçu olmayan işə qəbul edilməyib, varsa, bizə də göstərsinlər, o adamın kimliyi haqqında məlumatları və araşdırmalarımızı vicdanla oxucularımıza çatdırmağa and içirik.
İlqar Mehmetoğlu Türkiyə hakimiyyətinə də meydan oxuyur...
 
İlqar Mehmetoğlu bu məsələ ilə bağlı elə bir şərait yaradıb ki, zahirən görünən şəffaflıq pərdəsi altında paralel yapının fəaliyyəti çox ustalıqla gizlədilməkdədir. Hətta bəzi etirazçılara da verilən cavablar da olduqca təəccüblüdür: ARDNŞ-nin xüsusi bir firmasıdır, hətta "Türkiyə Respublikasının Dövləti də buraya qarışa bilməz”, - Mehmetoğlu belə deyir. Vaxtı ilə iqtidara yaxınlığı ilə seçilən "Sabah” qəzetində də eyni ilə belə yazılmışdı.
İlqar Mehmetoğlunun qara siyahısında olanlar
AKP tərəfdarlarının müəyyənləşdirilməsi və onların işdən uzaqlaşdırılması İlqar Mehmetoğlunun bu günkü fəaliyyətinin əsasını və tərkib hissəsini tərkib etməkdədir. Əməli fəaliyyəti və işgüzarlığı ilə seçilən, şirkətin işinə töhfələr verməyə çalışan onlarla türk və azərbaycanlı kadr müəyyən bəhanə və hədə qorxularla, bəziləri isə qeyri-müəyyən vədlərlə halal işlərindən uzaqlaşdırılması planları indi də gündəmdədir. Kənan Nəsirovun, İlkin Süleymanovun, Məcid Sadıqovun, İbrahim Əhmədovun, Nicat Novruzovun, Şövqü Həsənovun adları İlqar Mehmetoğlunun qara siyahısında qalmaqdadır. Məlumatımıza görə Nicat Novruzovun Naxçıvana və daha yüksək dairələrlə bağlılığı onun adının arxa plana keçməsini şərtləndirsə də gündəmdə durur və məqamı yetişən kimi həyata keçirilməsi aktualdır. Səbəblər yenə də paralel yapını fəaliyyətinə dəstək olmamaq, gülənçilərin tədbir və aksiyalarındakı passivlik!
 
Gülənçilərin ianə aksiyalarında iştirakdan etiraz bir yana dursun, bu adamlar heç "Zaman” qəzetinə 10-15 nüsxə abunə kompaniyasında belə iştirak etməyiblər. Burada istər-istəməz bir milyon tirajla çap edilən "Zaman”ın hansı yollarla belə bir traja sahib olduğu da diqqətəti cəlb edir.Türkiyədə qəzet-kitab köşklərində ən aşağı qiymətlərlə satışa verilən, hətta okullarda, ”Şok” marketlərində, boyük şəhərlərin sokaklarında belə pulsuz-parasız paylanan ”Zaman”ın möhtəşəm tirajının”uğurları” üzə çıxır. Baxın, gülənçilərin hər bir böyüklü-kiçikli layihəsində izi olan İlqar Mehmetoğlunun fəaliyyət sferası nə qədər geniş və əsrarəngizdir!
Sonda bir daha söyləyirik ki, bu yazılarla biz dünya miqyasında kifayət qədər məşhur olan SOCAR-ın imicini aşağılamaq fikrində olmamışıq, əksinə daha böyük sərmayələri ilə müstəqil dövlətimizin adını ucaldan bir şirkətin uğurlarına əngəl törətməyə çalışanların, Azərbaycan dövlətini qoyduğu sərmayələrin gəlir və qazanclarında şəxsi məqsədləri üçün istifadə edənlərin hətta Türkiyə-Azərbaycan münasibətlərinin eləcə də dövlətçiliyin təməl prinsiplərini dağıtmağa çalışanların əməllərini ortaya qoymaq arzusundayıq.
 Zaur Qəhrəmanov kimi gənc, amma kifayət qədər təcrübəli və təşəbbüskar bir kadrın təyinatından bəlkə də ən çox sevinənlərdən biri kimi ona uğurlar arzulayır, AKP höküməti tərəfindən "terror təşkilatı” kimi tanınan "Paralel dövlət” tərəfdarlarının şirkətdəki fəaliyyətlərinə daha ayıq və diqqətlə yanaşmasını istərdik. Əminik ki, İlqar Mehmetoğlu və onun tərəfdaşları çox məsul vəzifələrində qaldıqca fəalliyyətləri ilə "Paralel yapı”nın - Fətullah Gülən təriqətinin enerji sektorunda söz sahibinə çevrilməsinin daimi təminatçısı olacaqlar. Yenə də podratçı şirkətlərin köməyi ilə tenderlərdən və görülən işlərdən Gülən təriqətinə mənsub iş adamlarına böyük paylar veriləcək, yenə də ”paralel dövlət”ə maddi dəstək təmin ediləcəkdir.///MİQ.AZ