​Gülən söz verdi: Atatürkün öldüyü gün…

 
FETÖ lideri Fətullah Gülən həbsdə olan təşkilat üzvlərinə müraciət edib.
 
Axar.az xəbər verir ki, terrorçubaşı 10 noyabrda hər kəsin azad olacağını deyib.
 
Bu barədə məlumat verən “Yeni Akit” qəzetinin yazarı Nurəddin Veren terrorçuların hər bir planına qarşı hökuməti ayıq-sayıq olmağa çağırıb:
 
“Peşmanlıq qanunundan yararlanacaq şəxsləri ümidləndirmək üçün 10 noyabrda qurtuluş qapılarını açacağını deyib. O, Atatürkün öldüyü gün və saatda doğulduğunu bundan əvvəl bir neçə dəfə söyləyib. İndi də təşkilat üzvlərinə ABŞ və Rusiyanın savaşacağını, həbsdə olan şəxslərin də azad olunacağı nağılını deyir. Bütün bunlara baxmayaraq, 10 noyabrda hər kəs hazır olsun, tədbirimizi görək”.