Gülən Rusiyada Ərdoğan əleyhinə nələr edir?

 
Rusiyanın "Moskovski komsomolets" qəzeti FETÖ-nun Rusiyada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan əleyhinə necə kampaniya aparması ilə bağlı məqalə dərc edib.
 
Axar.az xəbər verir ki, Türkiyənin Sankt-Peterburqdakı Baş konsulu Kazım Çavuşoğludan müsahibə götürən qəzet FETÖ-nun Rusiyadakı fəaliyyətinə toxunub.
 
FETÖ-çuların Rusiyada da olduğuna işarə edən qəzet bir neçə il öncə Gülənə aid türk liseylərinin bu ölkədə fəaliyyət göstərdiyinin məlum olduğunu vurğulayıb:
 
"O liseylərin hamısı bağlanıb. Hazırda Gülən media imperiyasına sahibdir. Gülənin tərəfdarları müxtəlif ölkələrdə türk dilli olimpiadaları keçirməklə, eləcə də türk mədəniyyət mərkəzləri açmaqla məşğul olurlar. Gülən təhsil, mədəniyyət tədbirləri və Türkiyəyə qarşı ekskursiya turları keçirməklə Ərdoğan əleyhdarlarının sayını artırır".