Gülənə qarşı əməliyyat

Türkiyənin Qaçaqmalçılıqla Mübarizə İdarəsi Fətullahçı Terror Təşkilatının (FETÖ) təhsil və maliyyə sektorunu idarə edən şəxslərə qarşı xüsusi əməliyyat keçirib.

Turaninfo.az Azvision.az-a istinadən bildirir ki, əməliyyatlar İstanbul və Çorluda keçirilib.
Əməliyyat zamanı FETÖ-nün maliyyə kuryerliyini həyata keçirən 4 nəfər saxlanılıb. Onlardan 50 milyon lirə üçün qəbz-sənəd və 1 milyon lirə nağd pul götürülüb. Murat Kılıç isə qaçaq olduğu üçün axtarışdadır.
Qeyd edək ki, Türkiyə Qaçaqmalçılıqla Mübarizə İdarəsi FETÖ-nün maliyyə mənbələrinin zərərsizləşdirilməsi istiqamətindəki əməliyyatlarını davam etdirir.