"Gülən mənim Azərbaycana girişimi əngəllədi"

 
FETÖ əməliyyatı çərçivəsində saxlanılan Samanyolu Yayım Qrupunun rəhbəri Hidayət Qaraca, keçmiş polis rəisləri Əli Fuad Yılmazər, Yurd Atan və Ömər Kosanın də olduğu 33 müttəhimin məhkəmə prosesində şok doğuracaq məqamlar məlum olub.
 
Axar.az Anadolu agentliyinə istinadla xəbər verir ki, İstanbul məhkəməsində keçirilən dinləmədə iştirak edən Hüseyn Böyükfırat məhkəmə sədri Canel Rüzgarın "Qiyamçılar qrupuna 2 trilyonluq kömək etdiyiniz iddiaları var. Nə deyirsiniz?" sorğusunu təkzib edib:
 
"Bəli, mən də narahat oldum. Bu qədər pulu verəcək durumda deyildim. Bütün əmlakım demək olar bu qədərdir. Bütün mal varlığımı hesablayıblar".
 
Böyükfırat "Azərbaycanda Fətullah Gülənlə bağlı sənə danışanlar oldumu?" sualını isə belə cavablandırıb:
 
"Azərbaycanda bunların çox geniş fəaliyyəti var. Dünyada bəlkə də ən təsirli olduqları ikinci ölkə Azərbaycandır. Bu quruluş məndən pul istədi. Onların göstərdiyi xidmətlə bağlı "Bir müsəlman kimi sizə kömək edirəm, ancaq mənim də öz prinsiplərim var. Sizin tələbləriniz buna uyğun deyil, sizinlə heç bir əlaqəm ola bilməz" dedim. Məni şəxsən Fətullah Gülən xəbərdarlıq edib, xəbər göndərdi. "Türkiyə ilə əlaqəm yoxdur" deyəcəyim bir durumda şəxsən bu ölkədəki fəaliyyətlərimdən dolayı Azərbaycanla əlaqələrimin olduğunu qeyd etdilər. Fətullah Gülən 2003-cü ildə mənim Azərbaycana girişimi qadağan etdi".