Gülən işi: 4 bankın bağlanmasında müdhiş - İddialar

 
İyulun 21-də lisenziyası ləğv edilən 4 bankın bağlanması haqda müdhiş iddialar meydana çıxıb
 
Politika.Az-ı bilgiləndirən mötəbər qaynağın sözlərinə görə, bankların fəaliyyətinə xitam verilməsində Fətullah Gülən faktoru da mühüm rol oynayıb.
 
Mənbə qeyd edir ki, iqtisadi səbəblərlə yanaşı siyasi amillər də bankların lisenziyasının ləğvinə rəvac verib.
 
“Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC-də nurçu şəbəkənin iqtisadi qanadları olduğu de-şifrə edilib.
Gülən işi: 4 bankın bağlanmasında müdhiş
Gülənçi şəbəkənin media, ticarət, bank sektoru, qida sənayesi, təhsil sahəsində mühüm imkanlara malik olduğu sirr deyildi. Azərbaycanda da bu sektorlar üzrə nurçuların müəssisələri fəaliyyətdədir. Təhsil sektorunda dayaqlarını itirən FETO-çu qrupların bank-kommersiya sektorunda da mövqelərinin əldən getdiyi xəbər verilir.
 
Politika.Az-a sızdırılan informasiyada bildirilir ki, Türkiyədə 15 iyul hərbi çevrilişə cəhddən 6 gün sonra adıçəkilən bankların bağlanması təsadüfi deyil. Həmin 4 bankda Gülənçilərin də əli olduğuna dair şübhələr meydana çıxıb.
 
Təbii ki, təkrar deməliyik - iqtisadi proseslərin gedişi bu bankların bağlanmasını zəruri edirdi. Lakin bankların lisenziyasının bir müddət də uzadılması mümkün idi. Ancaq Türkiyədəki qiyamdan dərhal sonra hər 4 bank qapadıldı.
 
Mənbə iddia edir ki, proses davam edəcək və Türkiyədə terrorçu təçkilat elan edilmiş FETO-çuların Azərbaycanda digər qalaları da yıxılacaq. Nurçuların sıradan çıxarılmasının digər sahələri də əhatə edəcəyi gözlənilir. Yada salaq ki, bir neçə gün qabaq da “Zaman” qəzeti və “Qafqaz” universiteti qapadılıb. Sonra təhsil ocağı Bakı Neft Akademiyasının nəzdinə verilib.