Gülən gizli şəkildə Azərbaycana gəlib – MİT-in ŞOK HESABATI

Baxış sayı: 
111

 
Türkiyə Milli İstihbarat Təşkilatının (MİT) 1996-cı ilin 17 dekabr tarixində Fətullah Gülənlə bağlı hazırladığı hesabat ortaya çıxıb.
 
Publika.az xəbər verir ki, 11.001.156/24746 saylı “İncələmə” adlı hesabatda Fətullah Gülənin təşkilatlanması haqda detallar yer alır.
 
Hesabatda Gülənin 1968-ci ildən 1995-ci ilə qədər olan müddətdə fəaliyyəti əks olunub. Diqqət çəkən detallardan biri Fətullah Gülənin Azərbaycana səfəri ilə bağlıdır.
 
“1992-ci ildə Azərbaycana gedərək, telekanal qurmaq fəaliyyətinə start verdi. Eyni tarixdə Risalə Nur İnstitutunun fəaliyyətinə istiqamət vermək məqsədilə gizli olaraq ABŞ-a getdi”, - deyə MİT-in Fətullah Gülən haqqında 1996-cı ildə hazırladığı hesabatda qeyd olunur.

Загрузка...
Загрузка...