Gülən 149 generalın, 131 KİV-in başını yedi

 
Türkiyədə fövqəladə vəziyyətlə bağlı qəbul edilən qərarnaməyə görə, ölkədə 16 televiya kanalı, 3 xəbər agentliyi, 23 radiokanal, 45 qəzet, 15 jurnal və 29 nəşriyyat evi bağlanılıb.
 
Axar.az xəbər verir ki, bu barədə ölkənin “Rəsmi Qəzet”ində məlumat verilib.
 
Məlumata görə, “Cihan”, “Müxbir” və “SEM” xəbər agentliklərinin fəaliyyəti dayandırlıb.
 
Yayımı dayandırılan telekanallar isə bunlardır:
 
"Barış", "Bugün", "Can Ərzincan", "Dünya", "Hira", "İrmak", "Kanal 124", "Kanaltürk", "MC", "Mehtap", "Merkür", "Samanyolu Xəbər", "Samanyolu", "SRT", "Tuna Şoppinq", "Yumurcaq".
 
Qeyd edək ki, 149-u general və admiral olmaqla, ümumilikdə 1684 hərbçinin Türkiyə Silahlı Qüvvələrindən uzaqlaşdırıldığı da qərarnamədə vurğulanıb.