“GülağaTənhanın 19 milyon dollarının ələ keçirilməsi iddiası əsassızdır” - MƏHKƏMƏ

 
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan general Akif Çovdarovun işində zərərçəkən kimi tanınmış, həm də dələduzluqda təqsirləndirilən İlham Qasımovun cinayət işi üzrə məhkəmə keçirilib.
 
Teleqraf.com-un məlumatına görə, hakim Zeynal Ağayevin sədrlik etdiyi prosesdə İlham Qasımovun vəkili çıxış edərək deyib ki, müdafiə etdiyi şəxs barəsində verilmiş ittiham əsassızdır.
 
Vəkil İlham Qasımova bəraət istəyib: "İlham Qasımov gümahsız yerə 5 aydır həbsdə saxlanılır. İlham Qasımov MTK-da vəzifəli şəxs deyildi. Zərərçəkmişlər şikayətçi olmayıblar".
 
Vəkil əlavə edib ki,  Gülağa Qənbərovla bağlı ittiham da əsassızdır.  Bildirib ki, Gülağa Qənbərovun həyat yoldaşı iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edib: "Həmin iddia ərizəsində İlham Qasımov cavabdeh kimi göstərilməyib. Ərizədə MTK-nın digər vəzifəli şəxsləri cavabdeh kimi göstərilib.  Amma İlham Qasımova cinayət işi başlanandan sonra şikayət ediblər və ondan şikayətçi olduqlarını bildirilib.  Bu da ziddiyyət təşkil edir. Gülağa Qənbərovun 19.5 milyon dollarının ələ keçirilməsi düzgün deyil".
 
Daha sonra İlham Qasımovun digər vəkilinin prosesdə iştirak etmədiyi məlum olub. 
 
Buna görə də prosesdə fasilə elan olunib. 
 
Gün ərzində prosesin davam edəcəyi,  İlham Qasımova hökm oxunacağı gözlənilir. Bundan əvvəlki prosesdə çıxış edən prokuror İlham Qasımovun 13 il azadlıqdan məhrum edilməsini istəyib.
 
İttihamda qeyd olunur ki, İlham Qasımov şair və iş adamı  Gülağa Qəmbərovdan (GülağaTənha) 19.5 milyon dollar alıb. Gülağa Qəmbərov  pulu İlham Qasımova iş qurmaq adı ilə verib.
 
İlham Qasımov Cinayət Məcəlləsinn 178.3.2-ci (külli mqidarda dələduzluq), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui- istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilir.
O, hazırda həbsdə olan MTN generalı Akif Çovdarovun cinayət işində zərərçəkmiş şəxs kimi də tanınıb. Akif Çovdarov İlham Qasımovu təhdid edərək külli miqdarda pulunu alıb.