"Əgər Türkiyə vəziyyəti kəskinləşdirsə, İraq və Türkiyə kürdləri birləşəcək..."

“Kürdüstanın tanınması Qarabağ üçün presedent ola bilər”
 
 
Moderator.az xəbər verir ki, Ermənistan Demokrat partiyasının lideri Aram Sərkisyan Kürdüstan Demokrat partiyasının dəvətilə müstəqillik referendumunu müşahidə edən missiyanın tərkibində Ərbildə olub. Referendum haqqında mətbuatla fikirlərini bölüşən Sərkisyan deyib ki, kürdlər rəsmi görüşlərdə ondan Qarabağla bağlı maraqlandıqlarını söyləyib və əlavə edib ki, Kürdüstanın müstəqilliyinin tanınması Qarabağ üçün presedent ola bilər. Amma, Qarabağ tanınmasa da Ermənistan vasitəsilə xarici dünya ilə əlaqə qura bilir. Kürdlərdə bu problemdir, ilk növbədə də onu həll etməlidirlər. Sarkisyan əlavə edib ki, “əgər Kürdüstanın müstəqilliyi tanınsa dünyaya bildirmək lazımdır ki, Qarabağ müstəqilliyini hələ 1991-ci ildə elan edib”.
 
Erməni partiya lideri Ərdoğanın müharibə hədələrinə rəsmi Ərbilin çox qeyri-ciddi yanaşdığını da qeyd etməyi unutmayıb. Türkiyənin ən ucuz nefti məhz kürdlərdən aldığını söyləyən Sarkisyan vurğulayıb ki, “əgər Türkiyə vəziyyəti kəskinləşdirsə özünə zərər edəcək, İraq kürdləri ilə Türkiyə kürdləri  o zaman birləşəcək və çox çətin olacaq”.

Загрузка...
Загрузка...