“Əgər Türkiyə Suriyanın tələbini yerinə yetirməsə...”

 
 
Məlum olduğu kimi, rəsmi Dəməşq Türkiyədən İdlibə daxil olan türk ordusunun şəhərdən çıxarılmasını tələb edib.
 
Ankara Əsəd hökumətinin tələbini yerinə yetirməzsə, bu, Türkiyə ilə Suriya arasında hərbi toqquşmaya səbəb ola bilərmi?
 
Moderator.az-a açıqlama verən AZDP sədri, politoloq Sülhəddin Əkbər bu ehtimalı real hesab etmədiyini vurğuladı:
 
“Türkiyənin Suriyanın tələbini yerinə yetirməyəcəyi halda, bunun müharibəyə səbəb olacağını düşünmürəm. Bu, Astana razılaşması əsasında həyata keçirilən bir əməliyyatdır. Bu razılaşma Türkiyə, Rusiya və İran arasında əldə olunub.
Suriyada rəsmi Dəməşqə məxsus ərazilərdə əsas nəzarət Rusiya və İrana məxsusdur. Əsəd formal şəkildə hakimiyyətini saxlayıb. Əsəd hökumətinin əlində olan ərazilərdə hava məkanına nəzarəti ruslar təmin edir. Quruda isə bu nəzarət İranın əlindədir. Sadəcə olaraq, buna mərkəzi Suriya hökumətinin Türkiyəyə olan siyasi-diplomatik basqısı kimi baxmaq lazımdır. Görünür, Suriya istəyir ki, Türkiyə onunla Rusiya üzərindən deyil, birbaşa təmasa keçsin. Hansı ki, bu, Əsəd rejiminin yenidən Ankara tərəfindən tanınması anlamına gələr”.

Загрузка...
Загрузка...