“Əgər Qüdsün tarixi ilə bağlı lazımi kino nümunələri olsaydı...”

Baxış sayı: 
166

Eldəniz Quliyev: “O zaman bəlkə də Tramp belə bir addım atmazdı”
“Tarix qan və kino lenti ilə yazlır”
 
 
ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması bütün dünyada ciddi gərginliyə səbəb olmaqdadır.
Maraqlıdır, Qüds, onun gerçək tarixi, hansı xalqa məxsusluğu və s. kimi məsələlər islam dövlətlərinin kino yaradıcılığında yetərincə yer alıbmı? Qüdsün tarixi, onun uzaq keçmişin dərinliyindən müasir günümüzə uzanan yolu kino yaradıcılığında yetərincə əks olunsaydı, bu gün biz tamam fərqli bir mənzərəyə şahidlik edə bilərdikmi?
Moderator.az-a açıqlama verən tanınmış kinodramaturq və ssenarist Eldəniz Quliyev bu sahədə ciddi boşluqlar olduğunu təəssüf hissi ilə diqqətə çatdırdı:
“Görünən odur ki, əksər islam dövlətləri öz tarixlərinin kino salnaməsini yaratmaqda bir o qədərdə maraqlı deyillər. Kinonun əlahiddə imkanlarını, zəruriliyini bir çox hallarda gözardı edirlər. Şəxsən mən Qüdsün real tarixini əks etdirən kino əsəri görməmişəm. Belə bir şeyə şahid olmamışam. Halbuki, fors-major situasiya yarananda bu cür kino nümunələrinə daha ciddi ehtiyac duyulur.
 
Mən hər zaman qeyd etmişəm ki, tarix iki şeylə yazılır: bir qan, bir də kino lenti ilə. Islam dövlətləri kino lenti ilə yazılan tarixi ortaya qoya bilsəydi, bu gün biz tam fərqli situasiyaya şahidlik edə bilərdik.
Bildiyiniz kimi, Trampın məlum qərarı hətta öz müttəfiqləri tərəfindən də qəbul olunmur. Onlar tərfindən müqavimətlər qarşılanır.
Düşünürəm ki, əgər ortada xronikal əsərlər mövcud olsaydı, bəlkə də Tramp belə bir addım atmazdı. Yaxud atdığı addımdan geri çəkilərdi”.
 
Seymur Əliyev

Загрузка...
Загрузка...