“Əgər Qərb bu referendumları tanısa, “domino effekti” işə düşə bilər”

Baxış sayı: 
219
0  
0  

Fikrət Sadıqov: “Baş verənlər qondarma “respublika” üçün presedent ola bilməz”
 
 
İraq və İspaniyada keçirilən referendumlar fonunda ermənilərin qondarma Dağlıq Qarabağ “respublikası”nın mövcud vəziyyətini, onun heç kim tərəfindən tanınmayan “müstəqilliyini” gündəmə gətirməsi müşahidə olunur. Maraqlıdır, hər iki ölkədə baş verənlər Dağlıq Qarabağ məsələsində presedent ola bilərmi?
Moderator.az-a açıqlama verən politoloq Fikrət Sadıqov bu ehtimalın mövcud olmadığını vurğuladı:
“Əgər dünya birliyi İraq və İspaniyadakı referendumu tanısaydı, o zaman müəyyən təhlükə yarana bilərdi. Lakin dünya birliyi bu referendumların nəticəsini tanımır. Iri dövlətlər, eləcə İran, Türkiyə kimi regional dövlətlər bu məsələdə öz mövqelərini qəti olaraq ortaya qoyub. Bu dövlətlər anlayır ki, onlar bu referendumları tanısalar, o zaman “domino prinsipi” işə düşə bilər. Həmin ölkələrdə də separatçılıq, mərkəzdənqaçma tendensiyaları güclüdür. Bunun qabağını hökmən almaq lazımdır. Beynəlxalq qurumlar bu separatçı qurumları heç vaxt tanımayacaqlar. Çünki bu, onların özləri üçün bir təhlükədir. Bunu ancaq separatçı qurumlar tanıya bilər. Hansı ki, onların da “müstəqilliyini” heç bir qurum tanımır.
Odur ki, İraq və İspaniyadakı referendumlar qondarma Dağlıq Qarabağ “respublikasının” tanınması üçün presedent ola bilməz”.

Загрузка...
Загрузка...