"Əgər qabağı alınmasa bütün kəndi su apara bilər" - Şamaxıda göl daşdı - VİDEO

 
 
Şamaxıda evlər su altında qaldı
 
ARB Şəki xəbər verir ki, Rayonun Çuxuryurd kəndində mövcud olan eyniadlı göldə normadan artıq yağan yağışlar və əriyən qar gölün daşması ilə nəticələnib. Ətraf obyektlər və evlər su altında qalıb. Yaxınlıqdakı restoran, iaşə obyektləri və 5 evin həyətyanı sahələrinə su dolub.
 
Ev sahiblərinin sözlərinə görə, hər il göldə su qismən artsa da bu cür hal yaşanmayıb. Gölün yaxınlığıdakı bütün ərazilər hazırda suyun içərsində qalıb.Gölün səviyyəsi 1 metr artıb. Nəticədə kəndə doğru 30 metr ərazini su basıb.
 
Kənd sakini: "3-4 gün ərzində yağışların artması nəticəsində gölündə səviyyəsi artmağa başlayıb. Günü gündən artır. Əgər qabağı alınmasa fəlakət ola bilər. Bütün kəndi su apara bilər".
 
Əraziyə cəlb olunan FHN -nin əməkdaşları gölün qarşısındaki maneəni dəf etmək üçün ərazidə işlərə başlayıb. Bəzi nöqtələrdən suyun təmizlənməsi üçün su nasoslarından istifadə edilir. Dünən gecədən etibarən evləri əhatə edən suyun səviyəsi 4 metrdir.