“Əgər müharibə başlasa, onlar rus ordusu qarşısında dözüm gətirə bilməyəcək”

Tofiq Abbasov: “NATO-nun bu addımı Rusiyaya qarşı əzələ nümayişidir”
 
 
NATO-nun Avropadakı hərbi kontingentlərini Rusiya ilə sərhəddə cəmləməsi Kremlin ciddi narahatlığına səbəb olub.
 
Maraqlıdır, NATO-nun bu addımı sözügedən alyansla Rusiya arasında real hərbi qarşıdurma riskinin artması ilə bağlıdır, yoxsa bu, daha çox NATO-nin Kremlə psixoloji təzyiqi kimi xarakterizə edilməlidir?
 
Moderator.az-a açıqlama verən politoloq Tofiq Abbasov baş verənləri NATO-nun əzələ nümayişi kimi xarakterizə etməyin daha doğru olduğunu vurğuladı:
 
“Bu, daha çox əzələ nümayişidir. Polşada, Baltikyani ölkələrdəki NATO qoşunlarının sayı o qədər də böyük deyil. Burada söhbət 1-2 batalyondan və bir neçə zirehli texnikadan gedir. Real qarşıdurma olacağı təqdirdə həmin o kontingent, onun təchizatı Rusiyanın geniş hərbi arsenalı və bacarığı qarşısında dözüm gətirə bilməyəcək. Bu, daha çox siyasi aksiyadır. NATO bununla Rusiyanın nəzərinə çatdırmaq istəyir ki, biz sizi özümüzə rəqib, daha doğrusu düşmən görürük. Putin, Medvedyev və eləcə də Rusiyanın bir çox rəhbər şəxsləri NATO haqqında danışan zaman bu qurumu tərəfdaş və bu anlama yaxın sözləlrə xarakterizə ediblər. Lakin mövcud vəziyyətdə heç bir partnyorluqdan söhbət gedə bilməz. Bu, gün kimi ortadadır”.  

Загрузка...
Загрузка...