​"Əgər erməni həyasızlığı bir dəfə zərbə alsa, ikincisinə cəhd etməyəcəklər" - Ermənişünas

 
 
Siz ermənişünas alim olduğunuzdan erməni kimliyini hamıdan yaxşı bilirsiniz. Bunlar bu qədər həyasızlığı hardan əxz edə biliblər? Biz niyə səngərdə olduğu kimi digər müstəvilərdə də ermənilərə uduzuruq? Niyə ermənilər bütün dünyanı öz yalan-palanları ilə tort kimi yedizdirə biliblər və bunu bu gün də davam etməkdədirlər? Ümumiyyətlə ermənilik aysberqinin biz bilmədiyimiz tərəfləri nədən ibarətdir?
 
Moderator.az-ın əməkdaşı bu suallarla müraciət etdiyi Türkiyənin Ərciyəs Universiteti Ermənişünaslıq bölümünün başqanı, ermənişünas alim, professor Qafar Çaxmaqlının fikirlərini öyrənməyə çalışıb. Onun saytımıza açıqlamasını təqdim edirik:
 
"Məncə bunun bircə səbəbi var. Biz təbliğatımızı sistemə sala bilməmişik. Almaniyada yayılan həmin xəritəyə gəldikdə isə məncə belə xəritələrə fikir vermək lazım deyil. Ermənilərin yüzlərcə belə uydurma xəritəsi var. Amma onun nümayiş etdirilməsinə bizim həmin ölkələrdəki səfirliklərimiz, diplomatik nümayəndələrimiz etiraz etməli və imkan varsa onları hüquqi müstəviyə oruzdurmalıdırlar. Bu işləri görmək özfəaliyyət şəklində olmamlıdır. Əgər belə erməni həyasızlığı bir dəfə zərbə alsa onlar bunun ikincisinə cəhd etməyəcəklər. Bu xəritəyə qarşı biz də bundan da böyük xəritə hazırlayıb və Ermənistanın həqiqətən bizim torpağımız olduğunu iddia edərik. Bu cavab olmayacaq. Təsiri az olacaq. Biz daha ciddi işlər barədə düşünməliyik. Bu düşüncələr isə ciddi araşdırma institutlarında meydana çıxa bilər. Onların təkcə xaricdə yüzlərə araşdırma mərkəzləri var. Nəyi nə zaman dövriyyəyə buraxmağı o institutlarda müəyyənləşdirirlər. Mərkəzlər dəstək verir, bir - birini tamamlayır. Bizim təbliğatımız isə arqumentli və haqlılıq dərəcəsi yüksək olsa da zaman və məkanı düzgün seçilmədiyindən effektsiz olur".
 
Qeyd edək ki, professor tezliklə erməniliyin mahiyyəti barədə Moderator.az-da geniş yazı ilə çıxış edəcəyinə də söz verdi.
 
Xatırladaq ki, iki gün öncə Almaniyanın Köln şəhərində mərkəzi Katolik kilsəsində erməni diasporunun toplantısı təşkil edilib. Toplantıda divara xəyal məhsulu bir xəritə asılıb. Xəritədə Türkiyənin yarısı və Kıbrıs ilə birlikdə Naxçıvan da Ermənistanın ərazisi kimi göstərilib. İstanbulun üzərində isə üstəgəl işarəsi qoyulub.

Загрузка...
Загрузка...