​Gözəlliyi ilə kralı özünə AŞİQ EDƏN 7 YAŞLI QIZ: Dünyanın ən gənc və cazibədar KRALİÇASI - FOTO

Baxış sayı: 
173

2011-ci ilin oktyabr ayında dünyanın ən gənc, Cənubi Asiyada yerləşən Butan Krallığının 31 yaşlı kralı - Ciqme Kxesar Namqyal Vançuk 21 yaşlı təbə Ceçun Peme ilə evlənib. Toydan sonra qız dünyanın ən gənc kraliçası statusunu qazanıb. Lakin hökmdar əmindir ki, zaman keçdikcə illərin təcrübəsi nəticəsində qazanılmış müdriklik xanımını bütün zamanların böyük kraliçası edəcək.
Publika.az bu yazıda oxuculara dünyanın ən gənc kraliçasının həyatının maraqlı detallarını çatdırır.
Aşağı təbəqədən olan gəlin
 
 
Bir çox dünya KİV-i tez-tez belə bir fikir vurğulayır ki, Butan kralı aşağı təbəqədən olan bir qızla ailə qurub, amma bu, belə deyil. Ceçunun atası Butanın Traşiqanqa şəhərinin keçmiş merinin nəvəsidir, anası isə yerli şahzadələrdən birinin xaç qızıdır. Odur ki, Ceçun kral ailəsi ilə uşaqlıqdan tanış idi.
Butan kraliçası ənənəvi təhsil alıb, Britaniyanın Recent Kollecinin beynəlxalq münasibətlər və psixologiya ixtisasını bitirib, o, hind və ingilis dilində sərbəst danışır, eləcə də basketbol və incəsənətlə yaxından maraqlanır.
Sevgi tarixçəsi
 
 
Ciqme və Ceçun toydan hələ xeyli əvvəl qızın atasının təşkil etdiyi piknik gəzintisində tanış olub. Gələcək kraliçanın onda cəmi yeddi yaşı var idi. Deyilənlərə görə, həmin gəzintidə gənc şahzadə zarafatla bildirib ki, Ceçun böyüdükdən sonra onlar mütləq evlənəcək. Beləliklə də düşünülmədən deyilən bu söz böyük məhəbbət hekayəsinin ilk mərhələsi olur.
Açıq parlamentin çıxışında isə kral Ciqme gələcək həyat yoldaşı barədə bunları deyib: "Gəncliyinə baxmayaraq, o, qəlbən xeyirxah və mehribandır".
Maraqlıdır ki, kral ailəsinin üzvlərinin yazılmamış qaydalarına görə, padşahın bir neçə arvadı ola bilər. Lakin Ciqme çoxəsrlik çoxarvadlılıq təcrübəsinə nöqtə qoyub və bəyan edib ki, yalnız bir dəfə evlənəcək. Çünki həyat yoldaşına dəlicəsinə aşiq olmuşdu...
Üç gün üç gecə təntnəli toy
 
 
Mərasim təbii ki, buddist adəti üzrə Butanın köhnə paytaxtı Punaxe şəhərində - XVII əsrin qala monastırında keçirilib. Vaxt və yer münəccimlər tərəfindən müəyyən edilib. Toyda bütün dünyadan 1,5 min rəsmi qonaq iştirak edib. Təntənəli mərasim və bütün baş verənlər milli televiziya vasitəsi ilə canlı şəkildə göstərilib. Gənclərin toyunu onlarla birlikdə Butanın 700 minlik əhalisi də qeyd edib: Ölkənin bütün şəhərlərində üçgünlük tənətənəli toy karnavallar, konsertlər və rəqslərlə müşayiət olunmuşdu.
Gözəlliyi
 
 
Təbiət onu həm əsrarəngiz gözəllik, həm də iti ağılla mükafatlandırıb. Xaricdə çoxillik təhsil onun üslubuna qətiyyən təsir etməyib. O, öz ölkəsinin ənənələrinə qayğı ilə yanaşır, milli geyimlər və bəzək əşyalarına üstünlük verir. Buna baxmayaraq, onun üslubunda “Yves Saint Lauren” və “Burberry” kimi lüks brendlərin bəzi detallarının olduğunu xüsusi vurğulamaq lazımdır. Ağlı və nəfis şərq gözəlliyinin vəhdəti Pemunu kral ailəsinin və təbəələrinin sevimlisi edib.
Varis
 
 
Ötən ilin fevralında Butan kraliçası varisi dünyaya gətirib. Xoşbəxt hadisə Linqkana sarayında olub, doğuşda hətta ata da iştirak edib. Uşağın adını Heyness Qyalsi Ciqme Namcel Vanqçuk qoyublar. Onun ad günündə ölkədə 108 min ağac əkilib. Könüllülərin sözlərinə görə, onlar hər bir tingə balaca şahzadə kimi yanaşıblar.
Aytən

Загрузка...
Загрузка...