​Göz yaşından da elektrik cərəyanı alındı - İnanılmaz

 
 
Göz yaşlarından da elektrik cərəyanı əldə etməyin mümkünlüyü üzə çıxdı. 
 
Moderator.az Rusiya mediasına istinadla xəbər verir ki, bunu İrlandiyanın Limerik universitetinin fizikləri təcrübədə sübut ediblər. Onlar göz yaşında olan lizotsim fermentinin pyezo-elektrik xüsusiyyətləri sayəsində  zəif elektrik cərəyanı almağın üsulunu tapıblar. Təcrübə zamanı müəyyən olunub ki, göz yaşı fermentlərindəki zülalın pyezo-elektrik effekti  kvars kristallarının göstəricilərinə bərabərdir. Belə xüsusiyyətlərə malik olan antibakterial fermentlər yumyrta zülalları, məməlilərin göz yaşları, süd və tüpürcəkdə də olur.
 
Zülallarda elektrikləşmənin mövcudluğu nəzəri olaraq  insan orqanizmində daxili orqanların fəaliyyyəti ilə bağlı olan müəyyən qrup əzələlərin “idarə olunması”ndan tutmuş daha mürəkkəb proseslərdə yardımçı ola biləcək elektrik stimulyatorlarının  yaradılmasına təkan verə bilər.
 
Sultan Laçın

Загрузка...
Загрузка...