Göygöldə ANA ÖLÜMÜ - TƏFƏRRÜAT (YENİLƏNDİ)

Baxış sayı: 
107

Göygöl rayonunda qeysəriyyə əməliyyatından 2 gün sonra dünyasını dəyişən qadının ölüm səbəbi açıqlanıb.
"Report"un xəbər verir ki, ilkin ehtimala görə, buna ağ ciyər arteriyasının tromboemboliyası səbəb olub.
Rayonun Şəhriyar kənd sakini olan 42 yaşlı Abdullayeva Ofeliya Cəlal qızı 22 ildən sonra 3-cü oğlan uşağını dünyaya gətirib. Uşaq martın 15-i səhər saatlarında qeysəriyyə yolu ilə doğulub. Martın 17-də qadının halı pisləşib və o, axşam saat 17:00 radələrində xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Şöbədə qadına tibbi yardım göstərilməsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Üç uşaq anası şöbəyə yerləşdirildikdən 3 saat sonra dünyasını dəyişib. Yeni doğulan körpənin vəziyyətinin isə yaxşı olduğu bildirilir.
O.Abdullayevanın ilk oğlunun 24, ikinci oğlunun isə 22 yaşı var və bu onun ilk qeysəriyyə əməliyyatı olub.
***
Göygöldə qeysəriyyə yolu ilə uşaq dünyaya gətirən ana ölüb.
Rayonun Şəhriyar kənd sakini 1976-cı il təvəllüdlü Abdullayeva Ofelya Cəlal qızı martın 15-də rayon Mərkəzi Xəstəxanasında qeysəriyyə yolu ilə uşaq dünyaya gətirib. Əməliyyatdan sonra vəziyyəti pisləşən qadın reanimasiya şöbəsinə yerləşdirilib. Ona tibbi yardımlar göstərilsə də həyatını xilas etmək mümkün olmayıb. Məlumata görə, bu qadının dünyaya gətirdiyi üçüncü övlad olub. Yeni dünyaya gələn oğlan uşağının vəziyyəti normal qiymətləndirilir.
Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma aparılır. (apa)

Загрузка...
Загрузка...