Göydən düşən nəhəng obyekt insanları vahiməyə saldı - Foto

 
 
Bir mədən sahəsinə böyük səs-küylə düşən sirli metal parçası kəndliləri vahiməyə salıb. Metal parçası yerə düşməzdən əvvəl böyük partlayış səsi eşidilib, cism düşdüyü yerdən 5 metr kənara sıçrayıb. İnsanlar bu metalın Çinin kosmosa göndərdiyi süni peykinin bir hissəsi olduğunu güman edirlər.
 
Moderator.az xəbər verir ki, Myanmada bir mədən sahəsinə göydən nəhəng sirli metal obyekt düşüb. 4,5 metr uzunluqda olan silindr şəkilli metal cismin eninin 1,2 metr olduğu bildirilib. Metal cismin bir parçası yaxınlıqda yerləşən evin damına düşüb. Dama düşən parçanın üzərində Çin dilində yazılar qeyd edilib.
 
Cismin yerə düşməsindən öncə böyük partlayış səsi eşitdiklərini söyləyən kəndililər "Hamımız bu partlamadan çox qorxduq. Əvvəlcə partlayış olduğunu sandıq, bu zaman evimiz silkələndi. Daha sonra kəndimizin üstündən tüstü çıxdığını gördük. Kəskin bir qoxu da yayılmışdı”- deyə qeyd ediblər. 
 
 
Düşdüyü yerdən 50 metr kənara sıçrayan metal obyektin Çinin kosmosa atdığı peykinin hissəsi olduğu güman edilir. Pekin rəhbərliyi çərşənbə axşamı kosmosa bir test peyki göndərmişdi. BBC-nin müxbiri Conatan Amos göydən düşən metal obyektin ölçü və forma olaraq raket parçasına bənzədiyini bildirib.