​Göyçayda bu səhər sarsıdıcı hadisə: pediatr özünə qəsd etdi

 
Göyçay rayonunda intihar hadisəsi baş verib.
 
APA-nın yerli bürosunun xəbərinə görə hadisə bu gün səhər saat 5:00 radələrində Göyçay şəhərində qeydə alınıb.
 
Şəhərin Sabir küçəsindəki 42 saylı mənzildə yaşayan 1950-ci il təvəllüdlü Rafael Mirsadiq oğlu Fazilov özünü asıb.
 
Uzun illərdir ki, Göyçay rayon Uşaq Xəstəxanasının şöbə müdiri, 42 ildir həkim işləyən Rafael Fazilovun özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil.
 
Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
 
Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Загрузка...
Загрузка...