​ Göyçay sakini özünü asaraq intihar edib

Göyçay rayonunda intihar hadisəsi baş verib.
 APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün rayonun İnçə kəndində qeydə alınıb.
 Kənd sakini, 1968-ci il təvəllüdlü Qəribov Nizaməddin Əliyar oğlu yaşadığı evdə özünü kəndirlə asaraq intihar edib. Ailə üzvləri hadisədən gec xəbər tutublar. Beş uşaq atası olan Nizaməddin Qəribov spirtli içki aludəçisi olub. Məlumata görə, o, intihar edərkən sərxoş olub.
Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.