Göyçay rayonunda yanğın hadisəsi baş verib.

Turaninfo.az APA-nın yerli bürosunun xəbərinə istinadən , hadisə bu gün axşam saat 19:00 radələrində Göyçayın Qaraxıdır kəndində qeydə alınıb. Kənd sakini Abdullayev Əliyar Ağalar oğluna məxsus iki mərtəbəli 6 otaqlı evdə baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-nin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Hadisə zamanı ümumi sahəsi 480 kvadratmetr olan evin 56 kvadratmetrlik hissəsi yanıb, qalan hissəsi yanğınsöndürənlər tərəfindən alovdan mühafizə edilib.
 Hadisə zamanı mənzilin birinci mərtəbəsində dayanmış ev sahibinə məxsus 09-BC-190 dövlət nömrə nişanlı “VAZ 2106” markalı minik avtomobili yanaraq yararsız hala düşüb. Məlumata görə yanğın zamanı ailə üzvləri evdə olmayıb. Hadisə barədə yanğından mühafizə hissəsinə qonşular məlumat veriblər. İlkin ehtimala görə evin alt hissəsindəki minik avtomobili qısa qapanma nəticəsində yanıb və alov tədricən mənzilə keçib.
 Hadisə zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.