Görk olan adam (Fuad Poladovun xatirəsinə həsr olunur.)

Baxış sayı: 
248
0  
0  

 

Sağ ikən dirilərə,
Ölürkən ölənlərə,
Həyatı da, ölümü də
Görk ölan adam!
Ruhun şad olsun,
Məkanın cənnət!
Sən elə düz oldun ki,
O aləmdə də
Ruhun götürməz minnət!
Min üzlü dünyamızda
İtirmədin özünü,
Hər yerdə, hər məqamda
Dedin kişi sözünü.
Bir ömür yaşantısında,
İnsanlığın, sənətin
zirvəsinə yetdin,
Haqqın nur üzünə sən
Ey böyük sənətkar,
Ağ üzlə getdin.

07.05.2018/Nurəddin İsmayıl

 

Загрузка...
Загрузка...