Gənclərin mitinq çağırışı hakimiyyəti narahat etdi: 4 müxalifət fəalı “Qorotdel”ə çağırıldı

 
Bu gün  Demokratik Gənclər Hərəkatının sədri İsmayıl İslamoğlu,  Azad Azərbaycan Naminə təşklatının sədri Agaşirin Tanrıverdioğlu, eləcə də siyasi fəallar Murad Bayramoğlu və Dəyanət Babayev Bakı Baş Polis İdarəsinə çağırılıblar.
 
Bu haqda “Basta”ya Dəyanət Babayev məlumat verib.
 
“Bizi Baki Baş Polis İdarəsi cinayət axtarış şöbəsinin rəis muavini Fazil Zərbəliyev qəbul etdi. Bizə xəbərdarlıq etdilər ki, avqustun 19-na təyin edilən aksiya baş tutsa, həbs olunacaqsız. İltizama qol çəkdirmək istəyirdilər. Haqqımızda arayış hazırladılar, valdeyinlərimiz harada işləyir, nə işlə məşğuldur və sairə suallar verdilər”, – Dəyanət Babayev bildirib.
 
Qeyd edək ki, bir qrup siyasi fəal avqustun 19-da “Siyasi Məhbuslara azadlıq” şüarı ilə mitinq keçirmək niyyətindədirlər. Onlar sosial şəbəkədə bununla əlaqədar event yaradıblar.
 
Dəyanət Babayev bildirib ki, təzyiqlərə rəğmən mitinq keçiriləcək.
 
Müşahidəçilərin fikrincə, avqust ayı, kütləviliyin təmin edilməsi baxımından, aksiyalar üçün əlverişli dövr deyil. Lakin buna rəğmən gənclərin polisə çağırılması onu göstərir ki, hakimiyyət gənclərin mitinq çağırışından narahat olub. 
 
Bastainfo.com

Загрузка...
Загрузка...