"Gənclik Mall"dakı "Next" geyim mağazasından bayrağımıza hörmətsizlik — RESPUBLİKA GÜNÜNDƏ

Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin yaranma ildönümü qeyd edilir. 1918-ci ildə qurulan şərqin ilk demokratik respublikasının 98 yaşı tamam olur.
Turaninfo.Az qaynarinfo.az-a istinadən xəbər verir ki, bu münasibətlə ölkənin müxtəlif yerlərində tədbirlər, aksiyalar keçirilir, cumhuriyyətin qurucuları anılır. Belə aksiyalardan biri də "Gənclik Mall" ticarət mərkəzindəki "Next" geyim mağazasında təşkil olunub.
 Amma bu tədbir sözün əsl mənasında biabırçılıqla nəticələnib. Belə ki, mağazada müştərilərə, xüsusən də uşaqlara Böyük Britaniyanın bayraqları və şafrlar paylanıb. Bundan əlavə mağazanın girişi Britaniya bayrağını əks etdirən şarlarla bəzədilib.
 Maraqlıdı ki, Azərbaycanın müstəqilliyi ilə bağlı bayrama Böyük Britaniya bayrağının nə dəxli var? Görəsən burda çalışan azərbaycanlılar, aksiyanın təşkilatçıları bu qərarı verərkən hansı düşüncədə olub?