​Gəncədə yaşayış binasında DƏHŞƏTLİ YANĞIN - Bir ailənin üzvləri...

Baxış sayı: 
129

Gəncə şəhərində yataqxanada baş verən yanğın hadisəsi zamanı bir ailənin üzvləri yanıq xəsarətləri alıb.
"Report"un məlumatına görə, hadisə Totanlı küçəsində yerləşən və Kəlbəcər rayonundan olan məcburi köçkünlərin yaşadığı yataqxanada baş verib. Yanğın nəticəsində, 1975-ci il təvəllüdlü Alməmmədov Malik Hidayət oğlu və həyat yoldaşı, həmçinin ailənin 6 övladı Alməmmədova Yasəmən (2005-ci il təvəllüdlü), Alməmmədova Şəfiqə (2009-cu il təvəllüdlü), Alməmmədov Təbriz (2010-cu ildə anadan olub), Alməmmədova Aylin (2014-cü il təvəllüdlü), Alməmmədov Tərlan (2007-ci ildə doğulub), Alməmmədov Tunar (2015-ci il təvəllüdlü) xəsarət alıblar.
Yaralılardan Y. Alməmmədovanın vəziyyəti ağır, T. Alməmmədovun vəziyyəti orta-ağır, digərlərinin vəziyyəti isə qənaətbəxş hesab olunur. Övladlarını xilas edən Malik Alməmmədovun vəziyyəti orta-ağır, həyat yoldaşının vəziyyəti isə normal qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır. İlkin məlumata görə, M. Alməmmədov və həyat yoldaşı Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına, onların övladları isə Gəncə Şəhər 2 saylı Uşaq Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.

Загрузка...
Загрузка...