Gəncədə “Şkoda” avtomobilləri istehsal olunacaq

Çexiya Parlamentinin Deputatlar Palatasının sədri Yan Hamaçekin sözlərinə görə, Gəncədə “Şkoda” avtomobillərinin istehsalına başlana bilər.
APA-nın xəbərinə görə, Çexiya şirkəti bununla bağlı Azərbaycan tərəfinə rəsmi təklif edəcək.
Sədr deyib ki, zavod regional əhəmiyyətli olacaq.