Gəncədə faciə: sevdiyi qızı almadılar, canına qıydı

Gəncə şəhərində intihara cəhd hadisəsi olub. Teleqraf.com xəbər verir ki, Gəncə şəhər sakini, 1990-cı il təvəllüdlü Şöhrət Əliyev intihar etmək məqsədi ilə  sirkə turşusu içib.
 Şöhrət Əliyev ailə üzvləri tərəfindən Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına gətirilib. Ona tibbi yardım göstərilib, həyatını xilas etmək mümkün olub.
 lkin məlumata görə, Şöhrət Əliyev ailə münaqişəsi zəminində sirkə turşusu içərək intihara cəhd göstərib.
 Belə ki, Şöhrət Əliyevin bir qızla sevgi münasibəti olub. Amma ailə üzvləri həmin qızı ona almaqdan imtina ediblər.
 Buna görə də Şöhrət Əliyev hadisədən qabaq ailə üzvləri ilə mübahisə edib və sonra da özünü öldürmək məqsədilə sirkə turşusu içib.
 Faktla bağlı araşdırma aparılır.