​Gəncədə 22 yaşlı ana doğuş zamanı öldü

 
Gəncədə qadın doğuş zamanı ölüb.
Publika.az xəbər verir ki, hadisə şəhərin Abbas Səhhət adına xəstəxanasında qeydə alınıb. Şəhər sakini 1994-cü il təvəllüdlü Səbinə Allahverdiyeva xəstəxanada doğuş zamanı ölüb.
Məlumata görə, S.Allahverdiyeva ilk övladını dünyaya gətirirmiş. Doğuş zamanı ana dünyasını dəyişsə də, uşaq sağ qalıb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Загрузка...
Загрузка...