​“Gəncə xanı” tarixə qarşı...– Şəhərdə qədim binaları söküb yerində ticarət mərkəzi tikiblər

 
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev “Ganja Mall” ticarət mərkəzinə görə tarixi binaları sökdürüb
 
 
Ərazidə yaşayan sakinlərin unikal.org-a verdikləri məlumata görə, Gəncənin tarixi küçəsi sayılan Cavad Xan (keçmiş Sabir) küçəsində yerləşən və 100-dən artıq yaşı olan tarixi binalar E.Vəliyevin göstərişi ilə sökülüb.
 
Yerində isə “Ganja Mall” ticarət mərkəzi və sözügedən ərazidə yerləşən otel üçün parkinq salınacaq. Sakinlərin etiraz etmələrinə baxmayaraq, bu gün küçədə yerləşən binaların söküntüsü reallaşıb.
 
Məsələ ilə bağlı Gəncə Şəhər İcra Hakimiyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Həsən Məmmədov binaların sökülmə faktını təsdiqləyib. O, söküntünün səbəbini belə izah edib: “Ərazidə müasir “Ganja Mall” ticarət mərkəzi və otel tikilib. Bunların ətrafında olan, istismara yararsız köhnə binalar isə sökülüb. Yerində müasir obyektlərin tikilməsi nəzərdə tutulur”.

Загрузка...
Загрузка...