Gənc qız ona təcavüz edən kişini rəzil etdi

 
Moderator.az xəbər verir ki, Abby Mari adlı gənc ingilis qız ona feysbuk üzərindən təcavüz edən Türkiyə vətəndaşını ifşa edib.
 
İngilis qız Türkiyədə yaşayan və polis məmuru olduğunu iddia edən adamın ona göndərdiyi çılpaq fotoşəkillərini və mesajlarını sosial şəbəkədə paylaşıb. Abby 16 yaşında olduğunu deməsinə baxmayaraq, polis məmuru olduğunu iddia edən S.T.nin ona təcavüz etdiyini deyib və adamın göndərdiyi çılpaq fotoları sosial mediada yayımlayıb. Qızın paylaşımlarına çox sayda internet istifadəçisi reaksiya verib.
 
Gənc qız şəxsi feysbuk səhifəsində yazışmalarının görüntülərini də dərc etdi. Mesajlardan aydın olur ki, 19 yaşında olan Abbinin adama 16 yaşım var deməsinə baxmayaraq S.T. onu ailə qurmaq üçün qızı Türkiyəyə dəvət edir, bakirə olub olmadığını soruşur, qıza çılpaq şəkillərini göndərir.
 
İngilis qız bu mesajları yaşadığı hadisənin başqa qızların başına gəlməməsi üçün paylaşdığını vurğulayıb və “İnsanların bu cür pozğunlara diqqət etməsi üçün bölüşürəm” deyib. Həmçinin feysbuk istifadəçilərindən S.T.-ni şikayət etmələrini istəyib.