Gənc aktrisaya sərvət təklif edildi

"Kara Sevda"nın baş rol ifaçısı Neslihan Atagül illərdir ki, Bergüzar Korelin reklam üzü olan "Pantene" ilə müqavilə bağlayıb.
Musavat.com xəbər verir ki, bu şampun firması Bergüzar Korel ilə olan müqaviləsi sona çatdıqdan sonra şirkətin yeni üzü kimi Neslihan Atagülü seçib.
Türkiyə mətbuatında Neslihanın alacağı məbləğin bir sərvət dəyərində olduğu yazılıb.
Belə ki, məhşur aktrisa çəkiləcək reklam çarxlarına görə 1 milyon 100 min türk lirəsi qazanacaq.
Bu yayın iyul ayında məhşur aktyor Kadir Doğulu ilə evlənməsi gözlənilən Neslihan yeni mövsümdən reklam çarxlarına çəkiləcək.