​“Gələn il pensiyaçıların ümumi sayı 1 milyon 320 min nəfər olacaq” - Hadı Rəcəbli

 
“Gələn il pensiyaçıların ümumi sayı 1 milyon 320 min nəfər olacaq”“2008-ci ildən başlayan qlobal iqtisadi böhran nə edəsən ki, bizə də gəldi, çıxdı. Amma buna baxmayaraq, Azərbaycanın 2017-ci il üçün dövlət büdcəsində social xərclər azaldılmayıb”
 
Bu fikirləri Milli Məclisdəki çıxışı zamanı Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib.
 
Komitə sədri bildirib ki, Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il üçün büdcəsi 3,4 milyard manat təşkil edir. Bu da ötən ilin müvafiq büdcəsindən təxminən 100 milyon manat çoxdur: “Artım əsasən sosial müdafiə haqlarının yığılması hesabına nəzərdə tutulub. Əgər 2012-ci ildə Dövlət Sosial Müdafiə Fonduna transert 42 fazi təşkil edirdisə, gələn il bu göstərici 37,4 faizə düşüb. Layihənin müsbət tərəfindən biri də pensiyanın ümumi məbləğinin də indeksasiya edilməsidirr. Bu da müəyyən artımlara imkan verəcək”.
 
H.Rəcəbli bildirib ki, gələn il pensiyaçıların ümumi sayı 1 milyon 320 min nəfər olacaq, bu da cari illə müqayisədə 20 min nəfər çoxdur: “Orta aylıq pensiyanın məbləği 8 faiz artırılaraq 203 manata çatdırılacaq. Vətəndaşıların hər birinə işsizliyə görə artırılacağı gözlənilir. Bu məbləğ isə 2012-ci ilə nisbətdə 3 dəfə artıq olacaq”.
 
Komitə sədri deputatları Fondun büdcəsini təsdiqləməyə çağırıb.

Загрузка...
Загрузка...