​Gələn il əmək haqqı 15 faiz qalxacaq - Büdcədə artım planlaşdırılır

 
 Azərbaycanın 2017-il dövlət büdcəsinin məxaricinin layihəsindəəməyin ödənişi xərcləri 4 077,0 mln. manat və ya ümumi xərclərin 24,6%-i həcmində nəzərdə tutulub
 
Bu barədə 2017-ci il büdcə zərfində qeyd olunur. Əməyin ödənişi üzrə xərclər 2016-cı ilin analoji proqnozu ilə müqayisədə 6,37%, 2016-ci ilin gözlənilən icra proqnozu ilə müqayisədə isə 14,99% çoxdur.
 
Dövlət büdcəsi istehlakı 2017-ci ilə 7 200,4 mln. manat məbləğində olmaqla büdcə xərclərində 43,4% səviyyəsində proqnozlaşdırılır. Bu, 2016-cı ilin proqnozlaşdırılan göstəricisi ilə müqayisədə 2,7% çoxdur.
 
Qeyd edək ki, 2017-ci il üçünbüdcə xərcləri 16,6 mlrd. manat həcmində nəzərdə tutulub