Gəlini qaçırılan polis rəisinin kimliyi məlum oldu – Təfərrüat (ÖZƏL)

 
Azərbaycanda polis rəisinin gəlinin qaçırılması hadisəsinin müəyyən təfərrüatları məlum olub.
 
Missiya.Az xəbər verir ki, bu barədə "Bakı Post"un yaydığı məlumatda bildirilirdi ki, rayonlardan birinin polis rəisinin oğlunun nişanlısı başqa birinə qoşularaq qaçıb. Məlumata görə, Ağcabədi rayonunda yaşayan qızla rəisin oğlu 3 il nişanlı olub. Onların bu yaxınlarda toylarının olacağı gözlənilirmiş. Lakin rəis oğlu ilə evlənmək istəməyən qız öz rayonundan olan bir oğlanla qaçmaq qərarına gəlib.
 
Onların bu əməlindən xəbər tutan rəis isə hadisə baş verən rayonun polis şöbəsinin rəisindən yardım istəyib. Hazırda oğlanın yaşadığı ev polis mühasirəsindədir. Qızın geri qaytarılması tələb olunur.
 
 
Məlumatda o da qeyd olunurdu ki, rəisin gəlini Ağcabədidə fəaliyyət göstərən restoranlardan birinin sahibinin qızıdır.
 
Missiya.Az hadisənin bəzi detallarına aydılıq gətirib. Rayondakı mənbədən Misssiya.Az-a verilən məlumata görə, gəlini qaçırılmış şəxs müvəqqəti olaraq Ağcabədidə yerləşdirilmiş Laçın rayon Polis Şöbəsinin rəisi Məhəmməd Kərimovdur. Qaçırılan qızın atası isə Ağcabədidəki “Gənclik” restorannn sahibi Şahin adlı şəxsdir.
 
Hazırda rayonda həqiqətən də gənclərin yerinin müəyyən etmək üçün axtarış tədbirləri həyata keçirilir. Rəis oğlunun nişanlısını qaçıran şəxsin qardaşı və atası sorğu-suala çəkilib. Axtarış tədbirləri isə qızın atasınn şikayəti əsasında aparılır.
 
Mənbə bildirib ki, qız öz istəyi ilə qoşulub getdiyinə dair ismarış göndərsə də, axtarış tədbirləri dayandırılmayıb.
 
Əlavə məlumatları diqqətinizə çatdıracağıq.

Загрузка...
Загрузка...